Now Reading:
Daş bazarında durğunluq: bəs qiymət niyə qalxıb? – VİDEO
Full Article 30 second read

Daş bazarında durğunluq: bəs qiymət niyə qalxıb? – VİDEO



Daş bazarında durğunluq müşahidə olunur. Daş satanlar necə deyərlər, müştəri üzünə həsrət qaliblar, amma buna baxmayaraq daşın qiyməti artıb.

Daş yüklü maşınlar isə günlərdir yerindən tərpənmir. Pirşağı daş bazarında alıcı sarıdan durğunluq müşahidə olunur.

Günlərdir müştəri gözləyən satıcıların bir çoxu elə maşınlarda gecələyir. Ancaq təlabat az olsa da daşın qiyməti artıb.

Adətən təlabatın azalması qiymətlərə təsir edir. Alıcı qüvvəsinin zəif olduğunu nəzərə alan satıcılar qiymətlərdə endirim edirlər. Satıcılar qiymət artımını xərcin çoxalması ilə əlaqələndirirlər.

1 yük maşınına 800-ə yaxın daş yığılır. Daşın sayından asılı olaraq qiyməti 250-300 manat arasında dəyişir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: