Advertisements
24 saat

Dario Srnanın gözyaşları – FOTO

Beş gün öncə atasını itirən Xorvatiya millisinin kapitanı Dario Srna “Avro-2016″nın qrup mərhələsində Çexiya ilə keçirilən oyunöncəsi duyğulanıb.

Qol.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, 34 yaşlı futbolçu matçdan öncə Xorvatiya millisinin himni oxunarkən gözyaşlarını saxlaya bilməyib.
Komanda yoldaşlarının təsəlli etdiyi Srnaya azarkeşlərdən də böyük dəstək gəlib. Türkiyə ilə oyundan sonra atası Üzeir Srnanın dünyasını dəyişdiyi xəbərini alan Xorvatiya millisinin üzvü görüşdən dərhal sonra ölkəsinə gedərək dəfn mərasiminə qatılıb. Yenidən Fransaya qayıdan Srna Çexiya ilə görüşün start heyətində meydana çıxıb.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: