Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Daimi nümayəndəlik: “Qaçqın və məcburi köçkünlər doğma yurdlarına qayıtmalıdırlar”

“Qaçqın və məcburi köçkünlərin vəziyyəti təkcə onlara ev sahibliyi edən ölkələrə deyil, həm də bütün regionun stabillik və təhlükəsizliyinə təsir edir. Məhz buna görə də, bu məsələ ATƏT və digər üzv dövlətlər də daxil olmaqla, beynəlxalq ictimaiyyətin birləşmiş cəhdlərini zəruri edir”.

Bu barədə Azərbaycanın ATƏT yanından daimi nümayəndəliyinin Daimi Şuranın 1106 saylı iclasında “Dünya Qaçqınlar Günü” ilə bağlı bəyanatında deyilir.

Bəyanatda qeyd edilir ki, Azərbaycan 20 ildən çoxdur qaçqın və məcburi köçkünlərin məsələləri ilə məşğuldur: “250 min azərbaycanlı Ermənistan ərazisindən qovulub və yüz minlərlə etnik azərbaycanlı Ermənistanın təcavüzkar və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycanın işğal edilmiş ərazilərindən zorla qovulub.

Bu həssas qrupun qorunması, onların pozulmuş hüquq və azadlıqlarının bərpası Azərbaycan hökumətinin prioritetidir. Eyni zamanda, biz inanırıq ki, ATƏT öhdəlikləri və digər beynəlxalq normalara uyğun olaraq, bu problemin yekun və davamlı həlli onların daimi yaşayış yerlərinə təhlükəsiz şəkildə qayıtmaq kimi ayrılmaz hüquqlarının təmin edilməsindən keçir. Biz ATƏT-in üzv dövlətlərini, habelə icraçı strukturlarını ATƏT məkanında qaçqın və məcburi köçkünlərin qorunması məsələsinə xüsusi diqqət göstərməyə çağırırıq”.

Sonda ATƏT-in fəaliyyətdə olan sədrliyinə qaçqın və məcburi köçkünlərlə bağlı məsələnin gündəliyə salınması ilə bağlı çağırış bir daha təkrarlanıb. (APA)

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Surqutda azərbaycanlılar ermənini xilas etdilər

%d bloqqer bunu bəyənir: