Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Dahilərin əzab və sevgi dolu eşq məktubları…

Tanınmış yazarların, incəsənət adamlarının məhəbbət məktublarını oxuyarkən özümüzü bir qədər günahkar hiss edərik.

Çünki onlara məxsus olanı, bəlkə də bizimlə bölüşmək istəmədiklərini onlardan icazəsiz oxuyuruq. Ancaq günah da olsa, biz bu məktubları oxumalıyıq. Oxumalıyıq və günümüzdə tez istehlak edilən bir “mal” halına gəlmiş məhəbbətin bir zamanlar daha güclü və təmiz olduğunu xatırlamalıyıq.
Moderator.az bir neçə dahi yazarın və bəstəkarın ürəyimizi isidəcək məhəbbət məktublarını təqdim edir.
İlk olaraq Türk yazarı Camal Sürəyyanın xanımı Zühala yazdığı məktubu təqdim edirik:
 “Həyatımsan.
 Bunu bilməyini istəyirəm. Hər şeydən əvvəl bunu bilməyini.
Bir də bir şeyi bilməyini istəyirəm: Məndən səbəbsiz yerə şübhələnirsən. Sənə heç bir zaman xəyanət etmədim. Edə bilmərəm.
Neçə ildir evliyik, bir yerdəyik. Hələ də səninlə olanda sevgindən başım fırlanır. Sevirəm səni. Hər keçən gün daha böyük bir eşqlə sevirəm. Nə olar, “akkavakkızı”, anla məni. Bu sevgimi xor görmə. Özünə yaraşdır bu sevgini.
Bu sətirləri ilk evimizin altındakı qəhvəxanadə yazıram. Və mən səni o ilk günlərdəkindən daha böyük bir ehtirasla sevirəm.
Biz iki ayrı çay kimi ayrı yerlərdən qopub gəldik, bir nöqtədə qovuşduq. Yanımızdan başqa bir qol da alaraq böyük bir göl meydana gətirdik; birlikdə axırıq indi. İndi bu necədirsə, həmişə də belə olacaq. Dənizə tökülənə, ölənə qədər. Bizim üçün tək şərt xoşbəxtlik olacaq. Heç bir şey bərabərliyimizi poza bilməz. Üçük, üç gözük biz. Sən də elə düşünürsənmi? Qəribədir, son bir-iki ayda məndən bir az uzaqlaşdın, araya məsafələr, tədirginliklər qatdığını düşünürəm, o zaman sən də eyni şeyləri düşünürsənmi?  Bunlar eşqin xüsusiyyətləridir, eşqin zaman-zaman insanın qarşısına çıxardığı imtahandır bəlkə də. Bunu belə yozmaq lazımdı. Bird aha sevirəm səni, tək budağımsan. Memoyla birlikdə, amma ondan da əvvəllsən. Bunu belə bilməlisən. Bilinməlidir bu.  
Kafenin önündən avtomobil keçir. Bir dənə də at arabası. Səni düşünərkən o atı da sevirəm. Çay içirəm. Artıq çobanyastığı çayı içəcəyəm. Necə yumuşaq, xəyalpərəst şeydir çobanyastığı. Evimizin önündə bir çobanyastığı ağacı olsun. Sən dibçəkdə də yetişdirə bilərsən. Axşam yatarkən Memoyla səndən danışdıq. Susanda da səni deyib susduq. Yatanda da səni deyib yatdıq. 
Axşamlar evə qayıdanda qapını sən aç, gözlərin…
Memo da məktəbdən qayıtmış olsun. Neçənci sinifdə oxusun? 
Mən bir duyğusal adamam. Keçmişdə bir filmə baxmaışdım, bir fransız filmiydi, adı “Jesuis un Sentimental” idi. O filmdəki adam kimiyəm deyəsən? 
Qəzəbim bəlli olar, həyəcanım ortaya çıxar da, sevincim, iztirabım dibə axar, orada böyüyər.
Yalnız səninlə güclüyəm. Sən olmasan bir mahiyyətim olmaz. Sev məni.
Yaşayacağıq.
Hər şeyə görə sənə borcluyam. Sənə rast gəldiyim zamanlar dağılmışdım. Sən sağaltın məni. Əlimdən tutub qaldırdın. Mən də çörək kimi öpdüm, alınma qoydum səni, əziz tutdum.
 Sevgi böyüdü, sevgi!
 Sən xəstəxanada hər gün yazacağam. Səni nə qədər sevdiyimi söyləyəcəyəm.
 Üzüyündən öpürəm!”
 
Qeyd edək ki, Zuhal Tekkanat dörd dəfə ailə həyatı quran Camal Sürəyyanın ikinci həyat yoldaşı olub. Bu evlilikdən onların Memo Emrah adlı bir oğlu dünyaya gəlib. Zühal ilə aralarındakı problemləri həll edə bilmədiklərinə görə ayrılıblar. Ayrılandan sonra Sürəyya oğlunu anasının yanında qoyub, Ankaraya qayıdıb. Camal Sürəyya xoşbəxtliyini ancaq 4-cü evliliyində tapa bilib.
İkinci təqdim edəcəyimiz, dahi alman bəstəkarı Lüdviq van Bethovenin heç vaxt adını çəkmədiyi gizli sevgilisinə yazdığı məktubdur:
“Sabahınız xeyir, 7 iyulda
Hələ də yataqda olmağıma baxmayaraq düşüncələrim sənə gedir, ölümsüz sevgilim, indi və sonra şən, daha sonra kədərli tale bizi eşidəcək mi deyə öyrənmək üçün – yalnız tamamilə səninlə yaşaya bilərəm, ya da heç yaşaya bilmərəm. Bəli, ən sonunda həqiqətən qollarına uçaraq səninlə evdəyəm dəyənə qədər səndən çox uzaqda gəzməyə qərarlıyam.
Ruhlar ölkəsində sənə sarılmış ruhumu göndərərəm. Bəli, təəssüf ki, belə olmalıdır. Sənə olan sədaqətimi bildiyin üçün daha çox pərişan olacaqsan. Başqa kimsə ürəyimə sahib ola bilməz, heç vaxt, heç vaxt.
Ah, ilahi, birini bu qədər sevən insan niyə sevdiyindən ayrı qalmalıdır ki. Və indi mənim həyatım çox alçaq bir həyatdır. Sevgin məni dərhal insanların ən xoşbəxti və ən bədbəxti edir. Bu yaşda sakit və nizamlı bir həyata ehtiyacım var. Münasibətimiz də belə ola bilərmi?
Mələyim, mənə poçt arabasının artıq hər gün getdiyini söylədilər. Bu üzdən məktubu bir an əvvəl atmalıyam ki, sən də bir an əvvəl alasan. Sakit ol, sadəcə mövcudluğumuzu sakit bir nəzərdən keçirməklə yanaşı yaşama məqsədimizə çata bilərikmi. Rahat (ya da sakit) ol. Məni sev. Bu gün, dünən, göz yaşları dolu həsrət, sənin üçün, sənin üçün, sənin üçün. Həyatım, hər şeyim, əlvida.
Məni sevməyə davam et. Heç vaxt sevginin ən sadiq ürəyini səhv qiymətləndirmə.
hər zaman sənin
hər zaman mənim
hər zaman bizim”
Daha sonra, dahi Avstriya bəstəkarı, Avropa klassik musiqisinin ən nüfuzlu nümayəndələrindən biri olan Volfqanq Amadeus Motsartın həyat yoldaşı Constanzeyə yazdığı məktubu təqdim edirik:
“Qeyd. Son səhifəni yazarkən kağızın üzərinə bir-birinin ardınca göz yaşları düşməyə başladı.
Amma sevinməliyəm – tut! – təccüblənəcəyin sayda öpüş uçur havada. Şeytan! Havada qaynayırlar!
Ha!ha! Üçünü tutdum. Çox ləzzətlidirlər! Bu məktuba cavab verə bilərsən, amma məktubunu Linz Poçtuna göndərməlisən. Ən etibarlı yol budur. Regensburga gedib getməyəcəyəmi hələ tam bilmədiyimdən sənə qəti bir şey deyəmmirəm. Zərfin üstünə “götürülənə qədər saxlamalısınız” yaz. Adieu.
Çox sevgili, sevgililərin sevgilisi, körpə sevgilim. Sağlamlığına diqqət et, qəsəbədə gəzməyi ağlından keçirmə. Xahiş edirəm yaz və yeni yerimizi  bəyənib, bəyənmədiyini yaz mənə, Adieu.
Səni milyonlar dəfə öpürəm…”
Bu məktubu isə böyük fransız yazarı, utopik realizmin ən nüfuzlu nümayəndələrindən biri olan Viktor Hüqo sevgilisi Culyetta Druenə yazıb:
“Bütün bu qaranlıq və siddət dolu günlərdə möhtəşəmdiniz, Culiettam.
Sevgi istədim gətirdiniz, sağ olun!
Gizləndiyim yerlərdə, daim təhlükədə gözləməklə keçən gecələrin sonunda, qapımda barmaqlarınızda titrəyən açarın səsini eşidəndə, pisliklər və qaranlıq da yox olurdu. İçəri işıq düşürdü! Çatışmalara ara veriləndə yanımda olduğunuz o qorxunc, amma müdhiş şirin saatları heç vaxt unutmamalıyıq. O kiçik qaranlıq otağı, tavandan, divarlardan sallanan o qədim əşyanı, yan-yana duran iki kreslonu, stolun bir küncündə yediyimiz yeməyi, gətirmiş olduğunuz soyuq toyuğu yaşamımız boyunca unutmayaq. Şirin söhbətlərimizi, nəvazişinizi, qayğınızı həmişə xatırlayaq.
Məni sakit və rahat gördüyünüzə təəccüblənmişdiniz. Bu sakitlik və rahatlıq haradan gəlir, bilirsinizmi? Sizdən….”
Qeyd edək ki, Viktor Hüqo Culyetta ilə tanış olanda Druen “əxlaqsız qadın” olaraq tanınırmış.  Hüqo ilə sevgili olandan sonra isə o, məhəbbəti naminə həyatını dəyişir. Həyatı boyunca sevgililərini əlcək kimi dəyişən Viktor Hüqo yalnız bircə qadını, Culyetta Drueni həqiqi qadını adlandırıb. Dürenə aşiq olanda Viktor Hüqo evil olduğuna görə Culyetta heç vaxt onun qanuni həyat yoldaşı ola bilməyib. Ancaq düz 50 il Hüqoyla  yatağını bölüşüb, əlyazmalarını köçürüb.
Davamı var…

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

“Ən cazibədar qadın” seçildi – Fotolar

%d bloqqer bunu bəyənir: