Advertisements
24 saat

Daha çətin günlər gəlir: ÜÇÜNCÜ DEVALVASİYA QAPIDADIR


Dünya Bankının analitikləri manatın üçüncü devalvasiyası ehtimalının yüksək olduğunu bildirir.

Cümhuriyyət.az contact.az-a istinadən xəbər verir ki, bu il üçün gözləntilərdə (Global Economic Prospects) deyilir ki, dünya bazarında neftin qiymətinin aşağı olması ehtiyat fondu və dövlət borcunun az olmasına baxmayaraq, hələ də Azərbaycan, Rusiya və Qazaxıstana mənfi təsir edir. Hər üç ölkə büdcəsinə yenidən baxıb və neftin qiymətini daha ucuz götürüblər ($41 və daha çox).

Amma hətta Azərbaycan kimi iri valyuta ehtiyatlarına malik olan ölkələr fiskal konsolidasiyaya təzyiqlə üzləşir. Azərbaycan hökuməti ortamüddətli perspektivdə fiskal vəziyyətin pisləşməsinin qarşısını almaq üçün manatı devalvasiya etməli olacaq.

Neftin ucuzluğu cari əməliyyatlar hesabının saldosunu zəiflədir. Hələ bir müddət valyuta ehtiyatları azalacaq, milli valyuta təzyiq altında qalacaq.

“Bu ölkələrin əsas prioritetləri fiskal məkanın azalması kontekstində dövlət gəlirlərinin azalmasını korrektə etmək, maliyyə sektorunun risklərini idarə etməkdən ibarətdir”, – deyə hesabatda bildirilir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: