Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Daha bir xəstə həkim əlində öldü

İyunun 26-da Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında ölüm hadisəsi baş verib

1981-ci il təvəllüdlü Veyisova Lumu Fazil Qızı iyunun 26-da irinli, daşqınlı, öd kisəsinin çürüməsi diaqnozu ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına daxil olub. 3 uşaq anası əməliyyatdan sonra dünyasını dəyişib. Ailə üzvləri Lumu Veyisovanın ölümündə cərrah Cəfər Quliyevi günahlandırır. Onların fikrincə, həkim pasientinin 81 yaşı olmasını əsas gətirərək əməliyyat zamanı əlinin əsməsindən dolayı xəstənin damarını kəsdiyini deyib.

Yaxınları onun çox yaşlı olduğu üçün əməliyyat zamanı xəstənin dmarını kəsdiyini və bu səbəbdən də öldüyünü iddia edirlər.

Maraqlıdır, 81 yaşlı cərrah pensiya yaşı çoxdan tamamlanmasına baxmayaraq dövlət xəstəxanasında necə çalışır?

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Modern.az saytının sorğusuna cavab olaraq bildirib ki, Cəfər Quliyev professional cərrahdır:

“O, “Şöhrət” ordeni almış həkimdir. Əgər şəxsin orden və medalları varsa, istənilən yaşda işləmək imkanları var. Cəfər Quliyev mütəxəssis kimi onun işinə söz ola bilməz”.

S.Əhmədova deyib ki, C.Quliyevin 81 yaşında hələ də işləməsi kadr çatışmazlığından irəli gəlmir:

“O, tanınmış cərrahdır, uzun illər Tibb Universitetində dərs deyib, təcrübi baxımdan professionaldır. Onu işini bilməməkdə, yaxud düzgün icra etməməkdə ittiham əsassızdır”.

Qeyd edək ki, Cəfər Quliyev deputat Fərəc Quliyevin əmisidir.

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

Bakı çimərliklərindən qum daşınır

%d bloqqer bunu bəyənir: