Loading...
Loading...

Daha bir silahdaşı Razi Nurullayevi ifşa etdi – MƏNDƏN TƏHQİRAMİZ STATUS YAZMAĞIMI İSTƏDİLƏR

Hakimiyyət tərəfindən AXCP-ni parçalamaq, ictimaiyyət arasında çaşqınlıq yaratmaq məqsədi ilə yaradılmış və rəhbərliyi keçmiş AXCP üzvü Razi Nurullayevə həvalə olunan təşkilatdan yenidən qalmaqallı istefa səsi eşidilib.

Qurumun Mingəçevir təşkilatının sədri Könül Məmmədova istefa verməklə yanaşı, facebook profilindən Nurullayevin siyasi əxlaqını ifşa edən aşıqlama da yayıb. 24saat.org saytı olaraq həmin açıqlamanı heç bir düzəliş etmədən olduğu kimi təqdim edirik:

Mən AXCP adında Razi Nurullayevin sədrliyi ilə olan qrumun Mingəçevir şöbəsinin sədri Məmmədova Könül İniqam qızı bəyan edirəm:
Dünən adını çəkdiyim qrumun təşkilat şöbəsinin sədri kimi tanınan Kamil Babayev məni ofisə dəvət etdi. Və məndən bir aydan artıqdır ki , partiyadan ayrılmış Cavid Musazadəni , Fəxrim Abduləzimovu və digər dostlarımı Razi Nurullayevi tənqid etdiklərinə görə təhqir edən status yazmağımı istədilər. Mən bundan imtina etdim. Söhbət arası mənə işarə edildi ki , yazmayanların aqibəti bəllidir , yəni məni partiyadan çıxarmaqla hədələdilər. Mən də bu haqda şöbənin aparıcı şəxsləri ilə müzakirə etdim və şöbənin buraxılmasını qərara aldıq. Beləliklə , adı çəkilən qurumdakı fəaliyyətimizə xitam verdik.

konul_memmedova

 

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Azərbaycanda alman məskənlərinin salınmasının 200 illiyi keçiriləcək – SƏRƏNCAM

Loading...
%d bloqqer bunu bəyənir: