Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Daha bir ölkə vətəndaş müharibəsinə sürüklənir

“İraq vətəndaş müharibəsinə doğru gedir”.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu proqnozu Dünya Alimlər Birliyinin baş katibi Əli Qaradaği səsləndirib. Əli Qaradaği İraqın naməlum bir gələcəyə və Suriyada olduğu kimi vətəndaş müharibəsinə itələndiyini deyib.

“Son vaxtlar baş verən siyasi proseslər Bağdad üçün təhlükə zəngləri çalır. İraqdakı siyasi böhran bütün bölgəni, hətta şiələri əhatə edib. Ölkədəki şiələr belə bir neçə hissəyə bölünüb. İran vəziyyəti düzəltməyə çalışır, ancaq bu olduqca çətindir”, – müsəlman lider bildirib.

Onun sözlərinə görə, İraqda sünniləri bir dam altına toplayacaq lider də yoxdur: “İraqdakı sünnilər də döyüş və siyasi çəkişmələrlə əlaqədar olaraq zəifləyib. Hər sünni qrupun bir lideri var. Buna görə də siyasi və təhlükəsizlik böhranlarında zərərə uğrayan ilk tərəf sünnilər olacaq”.

Xatırladaq ki, ABŞ-ın “The Fiscal Times” nəşri də aprelin əvvəlində dərc etdiyi bir məqaləsində İraqın hətta Mosulun İŞİD terror qruplaşmasından azad olunmasından sonra da normal həyata qayıtmamaq təhlükəsi qarşısında olduğunu dıqqətə çatdırıb.

Nəşr qeyd edir ki, İraqı yeni siyasi böhran hədələyir.

Nəşr potensial siyasi böhranın üç ssenarisi verib. Birinci ssenariyyə görə, yeni hökumət parlament tərəfindən bəyənilməsə 1979-cu ildə İranda olduğu kimi islam inqilabı baş verə bilər.İraqın şiə lideri Muqtada əs-Sadr silahlı qüvvələrə böyük təsirə malikdir və bu amil İraqda mümkün islam inqilabı ehtimalını gücləndirir. Bu halda ABŞ-ın İraqdakı bütün nümayəndəlikləri bağlanacaq və evə beş mindən çox Amerika dövlət qulluqçusu qayıdacaq.

İkinci ssenari Yəmən tipli vətəndaş müharibəsidir. Bu halda Muqtada əs-Sadrın dəstələri ilə keçmiş baş nazir Nuri Əl-Malikini dəstəkləyən İraq ordusunun əsgərləri qarşılaşacaq. Əgər şiələr Bağdadda İraq ordusu ilə döyüşlərə başlayarsa, İŞİD nəinki Mosulda itirilmiş mövqeləri bərpa edəcəklər, həm də paytaxta hücuma başlaya biləcəklər.

Üçüncü ssenari qeyri-stabil status-kvodur. Bu halda, Haydar Əl-Abadi hökuməti parlament tərəfindən bəyəniləcək, amma İraqda vəziyyət uzunmüddətli perspektivdə dəyişməyəcək. Ölkənin təhlükəsizlik gücləri İŞİD-ə qarşı hücumları intensivləşdirəcəklər.

Bu ssenarilərdən ən ehtimal olunanı islam inqilabıdır. İslam inqilabı Muqtada əs-Sadr və Nuri Əl-Maliki arasında genişmiqyaslı müharibəyə gətirib çıxara bilər. Bu isə yalnız İŞİD-ə sərfəlidir. Nəşr bildirir ki, bölgədə Vaşinqton da çox itirəcək.

“Hadisələrin bu cür inkişafı İraqda həm hərbi, həm də mülki olaraq ABŞ-ın sonunu gətirə bilər. Bu, təxminən beş min əsgər və 6 trilyon dollar xərcləyən İraq kampaniyasında Vaşinqton üçün qəbuledilməzdir”, – “The Fiscal Times” yekunlaşdırır.

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

İlham Əliyevin hakimiyyət içindəki düşməni Əli Kərimlinin evi qarşısında nə axtarırdı?

%d bloqqer bunu bəyənir: