Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Daha bir müsavatçı partiyadan ayrıldı

Müsavat partiyasında istefalar davam etməkdədir.

24saat.org-un xəbərinə görə, bu dəfə partiyadan çıxmasını haqqında bəyanatı“Yeni Müsavat” qəzetinin daha bir əməkdaşı Etibar Seyidağa səsləndirib.

 

O bildirib ki, Arif Hacılının Əvəz Zeynallının toruna düşəcəyini düşünməzdim:

“1995-ci il fevralın 27-dən Müsavat Partiyasının üzvü olduğumla həmişə qürur duymuşam. Yüzlərlə əqidəli müsavatçı dostları bu müddətdə qazanmışam.Müsavat Partiyasında son başqan seçkilərində bir müsavatçı və jurnalist kimi Arif Hacılının başqanlığını müdafiə etdiyimi hər kəs bilir.

 

Əvəz Zeynallı kimi Müsavat Partiyasına, “Yeni Müsavat”a kin dağarcığı olan birisinin toruna asanlıqla düşəcək siyasətçi kimi tanımırdım Arif bəyi.

İsa Qəmbər heç vaxt bu tipli jurnalistlərin toruna düşməzdi”.

Jurnalist artıq bu gündən Müsavat partiyasından çıxdığını bəyan edib:

 

“Bu gündən bütün müsavatçı dostlarıma bəyan edirəm ki, İsa Qəmbər Müsavat Partiyasının başqanı postuna qayıdan günədək özümü Müsavat Partiyasının üzvü hesab etmirəm.

Bəri başdan bildirirəm ki, kimlərsə düşünməsin ki, bu addımımda işlədiyim “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlununtəkidi, təklifi rol oynayıb.

Hər kəsi əmin edirəm ki, Rauf bəy partiya üzvlüyü məsələsində heç kimə təsir və ya təzyiq göstərmir”.

 

Xatırladaq ki, Müsavat Partiyasının başqanı Arif Hacılının “Yeni Müsavat” qəzeti və baş redaktoru Rauf Arifoğlu barədə söylədiyi fikirlərdən sonra qəzetin əməkdaşları istefa qərarını veriblər.

“Yeni Müsavat” qəzetinin baş direktoru Ələsgər Süleymanov, yazar Elşad Paşasoy və bir sıra müsavatçılar  partiya sıralarından istefa verdiklərinə dair bəyanat yayıblar.

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

Nigar Yaqublu ilə Seymur Həzi nikaha girdi -Foto Video

%d bloqqer bunu bəyənir: