Loading...
Loading...
mahmudovun-qara-kassasinin-sirleri

Daha bir MTN qurbanının müdhiş taleyi – 7 milyonluq briliant əməliyyatı

Ülviyyə Abdalova: “MTN lisenziyalı qızıl-zinət əşyalarımızı müsadirə adı ilə qarət etdi, məni ya həbs edib, ya da öldürəcəklər, kömək edin”

Cumhuriyyet.AZ xəbər verir ki, bu günlərdə “MTN işi” ilə bağlı ilginc müraciət əldə ediblər. Sayta müraciət edən Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 35, ev 15-də yaşayan Ülviyyə İlyas qızı Abdalova bildirib ki, 2006-cı ildə MTN tərəfindən həyata keçirilən qanunsuz əməliyyat nəticəsində həyat yoldaşı Murad Rəhimova 7 milyon manatdan çox ziyan dəyib. Valideynlərini 1990-cı ilin 20 Yanvar olayında itirən, 2004-2008-ci illərdə Səbail rayon “20 Yanvar” cəmiyyətinin sədri olan Ü. Abdalova cumhuriyyet.az-a başlarına gələn əsl müsibətin də bu əməliyyatdan sonra başladığını bildirib.

Paqonlu oğrular lisenziyalı briliantlara əl qoyur

Ü.Abdalovanın sözlərinə görə, həyat yoldaşı M.Rəhimovun qızıl-zinət əşyalarının biznesi ilə məşğul olması 2006-cı ildə MTN rəhbərliyinin diqqətini cəlb edir. Necə olursa-olsun bu sərvəti ələ keçirməyə qərar verən sabiq MTN rəhbərliyi bunun üçün sadə və unikal bir üsula əl atır. M.Rəhimovaya məxsus lisenziyalı qızıl-zinət əşyalarına qanunsuz daş-qaş nümunəsi kimi əl qoyulur: “2006-cı ildə Dubaydan Bakıya satış məqsədi ilə gətirdiyimiz 7 milyon manat məbləğindən çox qızıl-zinət əşyaları, briliant daş- qaşlar MTN tərəfindən müsadirə adı ilə qarət edildi. Bu mallara əl qoyan MTN yetkililəri bildirdi ki, guya bunları qanunsuz yolla ölkəyə gətirmişik. Halbuki həmin zinət əşyalarının hər birinin lisenziyası mövcud idi və bunu təsdiq edən bəzi sənədlər bu gün də mənim əlimdədir. Bu azmış kimi, MTN tərəfindən bizə məxsus qızıl mağazasında da çəkiliş aparıldı. Halal və qanuni əmlakımızı qarət etmələri azmış kimi, bizimlə qatı cinayətkar kimi davranır, elə bir atmosfer yaratmağa çalışırdılar ki, biz müsdirə edilən zinət əşyalarının geri qaytarılması ilə bağlı heç bir tələb səsləndirməyək”.

MTN-dən daha bir həmlə – 5 avtomobil, 10 mənzil

Ü.Abdalovanın cumhuriyyet.az-a bildirdiyinə görə görə, MTN yetkililəri lisenziyalı zinət şyalarına əl qoyandan sonra onları həbs etməklə hədələyərək daha bir sıra əmlaklarını ələ keçirib: “Bu olaydan sonra mənə bildirdilər ki, səni də, həyat yoldaşını da həbs edəcəyik. Lazım olsa, əlavə maddələr ortaya qoyacayıq. Əgər həbs olunmağınızı istəmirsinizsə, digər əmlaklarınızı da bizə verməlisiniz. 2006-cı ildə MTN məni və həyat yoldaşımı həbslə hədələyərək bizə məxsus 5 avtomobili, 10 mənzili ələ keçirdi. Hansı ki, bu mənzillərin 4-ü Yeni Yasamal, 4-ü Nərimanovda, 2-si isə Xırdalanda yerləşirdi”.

“Mövlan Şıxəliyevlə bağlı etdiyimiz şikayət bizi ölümlə üz-üzə qoyub”

Ü.Abdalovanın bildirdiyinə görə, “MTN işi” meydana çıxandan, bu qurumdakı cinayətkar dəstə de-şifrə ediləndən sonra 2006-cı ildə MTN-nin başlarına gətirdiyi oyunlarla bağlı Baş Prokurorluğa şikayət etmək qərarına gəlib. Şikayətçinin sözlərinə görə, gəldiyi bu qərar bu gün onun və ailə üzvlərini ölüm təhlükəsi ilə üz-üzə qoyub: “2015-ci ildə MTN-dəki cinayətkar dəstə ifşa olunandan və bu qurumun fəaliyyətinə xitam veriləndən sonra bir çox zərərçəkmiş kimi mən də Baş Prokurorluğa müraciət edərək mənə dəyən ziyanın ödənilməsinə nail olmağa çalışdım. Bu məqsədlə də Baş Prokuroluğa müraciət etdim. Lakin proseslərin gedişatı zamanı bəlli oldu ki, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin müstəntiqi Orxan Babayev işin obyektin araşdırılmasında maraqlı deyil. Əksinə, keçmiş MTN rəhbərliyi, xüsusilə də Mövlan Şıxəliyevlə bağlı şikayətimdən imtina etməyimi tələb edir. Bu səbəbdən də mən O.Babayevlə bağlı narazılığımı həm rəsmi qurumların, həm də ölkə mediasının diqqətinə çatdırmışam ki, bu da O.Babayevin mənə qarşı münasibətinin aqressivləşməsinə səbəb olub”.

“Cənab prezident! Məni ya həbs edib, ya da öldürəcəklər, kömək edin”

Ü.Abdalova artıq ərinin axtarışa verildiyini, özünün isə hər gün müxtəlif şəxslər tərəfindən ölümlə hədələndiyini bildirdi: “Mən mətbuat vasitəsi ilə ölkə başçısı İlham Əliyevə səslənirəm. Cənab prezident, mənim, həyat yoldaşım v övladlarımın həyatı təhlükədədir. Məni ya qondarma ittihamlar həbs etdirəcək, ya da öldürəcəklər. Çünki mənim azadlıqda qalmağım, sağ olmağım nə sabiq MTN rəhbrliyinə, nə də bu işi ədalətlə araşdıracağını vəd edib məndən 100 min manatlarla rüşvət alan bəzi dövlət məmurlarına sərf edir. Və burdan bəyan edirəm ki, mənim, həyat yoldaşımın və uşaqlarımın başına bir iş gələrsə, hər hansı birimiz həbs olunarıq və ya öldürüləriksə, buna görə məsuliyyət keçmiş MTN generalı Mövlan Şıxəliyev, prokurorluq əməkdaşı Orxan Babayev, Hərbi Prokurorluğun keçmiş işçisi Xanlar Vəliyev cavabdehlik daşıyacaq”.

Cumhuriyyet.az

ANONSLAR:
– Ülviyyə Abdalovanı Mövlan Şıxəliyevdən narazı salan nədir?
– Keçmiş MTN generalı səsini çıxartmamağı müqabilində Ü.Abdalovaya nə vəd edib?
– Baş Prokurorluğun “burda mənəm Bağdadda kor xəlifə”dediyi medallı müstntiqi kimdir?
– Xanlar Vəliyev kimdir və onu bu işlə nə bağlayır?
– Şərq bazarının sahibi Heydər Ü.Abdalovanın hansı əmlakına kimin vasitəsi ilə əl qoyub?
– Xanım şikayətçinin mobil telefonuna hədələyici və nalayiq mesajlar yazan kimlərdir?
– Mədət Quliyev haqqında təhqiramiz ifadə kimə məxsusdur – fotofakt!

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

İqtidarda müdhiş “Vosmoy” didişməsi: nazir, başçı və rəis çırmanıb – ADLAR

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: