Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Daha bir kibercinayətkar həbs olunub

Kibercinayətlərlə mübarizə, onların qarşısının alınması və ifşa edilməsi istiqamətində daha bir uğurlu əməliyyat tədbiri həyata keçirib.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində 30-a yaxın vətəndaşın bank kartlarından xüsusi kiberproqramlar vasitəsilə külli miqdarda pul vəsaitlərini qanunsuz çıxaran Göygöl rayon sakini İbrahim Məmmədzadə tutulub.

Saxlanılan şəxs törətdiyi əməli etiraf edərək bildirib ki, informasiya texnologiyaları sahəsində olan xüsusi biliklərindən istifadə edərək internet vasitəsilə onlayn bank əməliyyatları aparan vətəndaşların ödəmə sistemindəki kart göstəricilərinin məlumat bazalarına qanunsuz daxil olaraq onların rekvizitlərini əldə edib.

Daha sonra İ.Məmmədzadə həmin şəxslərin hesablarında olan pulları qeyd olunan onlayn ödəniş saytları vasitəsilə bu məqsəd üçün yaratdığı hesablara köçürərək nağdlaşdırıb.

İ.Məmmədzadənin istifadə etdiyi kompüterlərə baxış zamanı elektron sübutlar və iş üçün əhəmiyyət kəsb edən digər dəlillər müəyyən edilərək götürülüb.

Qeyd edilən fakta bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

İcra başçısının evində faciə

%d bloqqer bunu bəyənir: