Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Daha bir cüdoçumuz medal qaza bilmədi

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən cüdoçu Məmmədəli Mehdiyev təsəlliverici görüşə çıxıb.

90 kq çəki dərəcəsində çıxış edən Mehdiyevin rəqibi monqolustanlı Otqonbatar Lxaqvasuren olub.

Görüş Lxaqvasurenin üstünlüyü ilə keçib. Qarşılaşmanın əvvəlində yuko xalı alan monqolustanlı cüdoçu sonradan passiv mübarizə səbəbindən ardıcıl iki xəbərdarlıq alıb. Bununla belə, azərbaycanlı cüdoçu hesabda dönüş edə bilməyib.

Beləliklə, Mehdiyev olimpiadanı 7-ci pillədə başa vurub.

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

“Qarabağ”dan milyonluq transfer

%d bloqqer bunu bəyənir: