Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Daha 3 hərbi sursat aşkarlanıb

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bildirilib ki, iyunun 7-də 3 partlamamış hərbi sursat aşkarlayaraq zərərsizləşdiriblər.

Agentlikdən AZƏRTAC-a verilən xəbərə görə, onlardan biri 122 mm-lik top mərmisi, biri 100 mm-lik top mərmisi və bir də «Qrad» qurğusunun hissəsi olub.

Tərtər, Ağdam və Füzuli rayonlarında gün ərzində ümumilikdə 61710 kv.m ərazinin təmizləndiyi bildirilir.

Agentlik qeyd edir ki, aprelin 7-dən iyunun 7-dək ümumilikdə 1507 partlamamış hərbi sursat, 11 piyada əleyhinə mina (PMN), 3 piyada əleyhinə POMZ-2 və 7 tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

ANAMA 1998-ci ildə yaradılıb.

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

Atəş səsləri azalır

%d bloqqer bunu bəyənir: