Dağlıq rayonlarda dolu gözlənir


İyunun 4-ü Bakı və Abşeronda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı bildirir.

Gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimal edilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, Abşeronda gecə 17-21, gündüz 25-30, Bakıda gecə 18-20, gündüz 26-28 dərəcə isti olacaq.

Ölkə rayonlarında gündüz yağıntı gözlənilmir. Gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı qeyd edilir. Dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Aran rayonlarında gecə 15-20, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 16-21 dərəcə isti olacağı bildirilir.

Paylaş:

YAP-ın yeni qərargahı 1 manatlıq narazılığa səbəb olub

Sonrakı Yazı »

Sabah Bakıda 29 dərəcə isti olacaq

%d bloqqer bunu bəyənir: