Loading...
Loading...

Dağlıq Qarabağda torpaqların qaytarılması haqda rəy sorğusu keçirilib

“Onlar ərazilərin qaytarılmasının müxtəlif sxemlərini təklif edirdilər: 5+2, 2+5, 7…

Yəni əvvəl beş, sonra iki rayonun qaytarılması, yaxud əvvəl iki, sonra beş rayonun qaytarılması və s…”

Qondarma “Dağlıq Qarabağ Respublikası”nda “prezident aparatı”nın rəhbərinin müavini David Babayan deyib ki, bu günlərdə keçirilmiş rəy sorğusu ilə danışıqlar prosesinin aktivləşməsi arasında əlaqə görmür.

Rəy sorğusu zamanı verilmiş sualların bir hissəsi Qarabağ məsələsi, o cümlədən ərazilərin Azərbaycana qaytarılması ilə bağlı idi. Sorğunun kimin sifarişi ilə keçirildiyi hələlik məlum deyil.

“Heç bir birbaşa əlaqə yoxdur, ancaq bu sadəcə olaraq faydalıdır: qoy çoxları görsün ki, Artsax cəmiyyəti necə düşünür,” deyə Babayan Azadlıq Radiosunun Ermənistan xidmətinə bildirib. O həmçinin deyib ki, “respublika” hökumətinin bu rəy sorğusuna heç bir aidiyyatı yoxdur.

Sorğuda iştirak etmiş Tigran Grirorian deyir ki, sorğu üçün onun rəyini almaq üçün gələn şəxs ona Qarabağ münaqişəsinin həlli, o cümlədən ərazilərin qaytarılması variantlarına dair suallar verib.

“Onlar ərazilərin qaytarılmasının müxtəlif sxemlərini təklif edirdilər: 5+2, 2+5, 7… Yəni əvvəl beş, sonra iki rayonun qaytarılması, yaxud əvvəl iki sonra beş rayonun qaytarılması və s. Onlar məndən rəyimi 1-dən 4-ə qədər şkala üzrə bildirməyi xahiş etdilər. 1 son dərəcə mənfi, 4 isə son dərəcə müsbət demək idi.”

Tigran Grigorian deyir ki, “ən maraqlı məqam isə bu idi: onlar öyrənmək istəyirdilər ki, Qarabağ münaqişəsinin həlli bizim üçün əlverişli olmasa, yəni ərazilər qaytarılsa, onda xalq ayağa qalxmağa hazırdırmı. …Əlbəttə, mən dedim ki, hadisələr belə cərəyan etsə, təkcə mən yox, Artsax əhalisinin əksər hissəsi evdə sakit oturmayacaq, küçələrə çıxacaq.”

Tigran Grigorian həmcinin bildirib ki, rəy sorğusu “Ermənistanın avropalı dostları” təşkilatının Siyasi və sosioloji Konsultasiyalar İnstitutunun (IPSC) sifarişi ilə keçirilib.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Ukrayna prezidenti bu gün Bakıya gəlir

%d bloqqer bunu bəyənir: