Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Dağlıq Qarabağda öz həmkarını qətlə yetirən erməni hərbçi həbs olunub

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisindəki Ermənistan ordusunun hərbçisi, 1997-ci il təvəllüdlü Xoren Arutyunyanı odlu silahla yaralayan əsgər həbs edilib. Ermənistan KİV xəbər verir ki, bu haqda ölkənin İstintaq Komitəsi məlumat yayıb.

İnformasiyaya görə, həbs edilən müddətli hərbçi Xaçatryan soyadlı kiçik çavuşdur. O, öz hərbçi həmkarını odlu silahdan açdığı atəş nəticəsində yaralayıb. Bir müddət sonra Arutyunyan ölüb.

Hadisə ilə bağlı “silahla ehtiyatsız davranmanın ölümlə nəticələnməsi” maddəsi üzrə cinayət işi açılıb. Bu maddə üzrə ittiham olunanlara 4 ildən 8 ilədək iş kəsilir. (“Report”)

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Bəraət alan sahibkar: “Vergi əməkdаşlаrı savadsız olduğumdan istifadə edib”

%d bloqqer bunu bəyənir: