Now Reading:
Dağlıq Qarabağ münaqişəsi NATO PA-nın seminarında müzakirə olunacaq
Full Article 30 second read

Dağlıq Qarabağ münaqişəsi NATO PA-nın seminarında müzakirə olunacaq



Milli Məclisin deputatları Kamran Bayramov və Məlahət İbrahimqızı NATO Parlament Assambleyasının 92-ci Rouz-Rout seminarında iştirak etmək üçün iyunun 13-də Ukraynanın paytaxtı Kiyev şəhərinə gedəcəklər.

Parlamentin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, seminarda problemli regional kontekstdə Ukraynanın transformasiyası, Donbas bölgəsində vəziyyət, müdafiə sektorunda, siyasi, iqtisadi, antikorrupsiya sahələrində həyata keçirilən islahatlarla bağlı məsələlərə baxılacaq. Həmçinin Cənubi Qafqazda həll edilməmiş münaqişələr mövzusunda müzakirələr aparılacaq.

Milli Məclisin deputatı Məlahət İbrahimqızı çıxış edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, cəbhə bölgəsində baş verən son hadisələr, hazırkı durum barədə məlumat verəcək.

Səfər iyunun 18-də başa çatacaq.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: