Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Dağlıq Qarabağ məsələsi ATƏT PA-nın illik sessiyasına çıxarılır

1-5 iyul tarixlərində Tiflisdə ATƏT Parlament Assambleyasının illik sessiyası keçiriləcək.

APA-nın məlumatına görə, “Parlament əməkdaşlığının 25 ili: Dialoq vasitəsi ilə etimad yaratmaq” adlı sessiya çərçivəsində Siyasi məsələlər və təhlükəsizlik komitəsində isveçli deputat Marqareta Sederfeldin müəllifi olduğu qətnamə layihəsi müzakirəyə çıxarılacaq.

Layihədə münaqişə nəticəsində yurd-yuvalarından məhrum olunmuş Azərbaycan, Ermənistan Gürcüstan, Moldova və Ukrayna vətəndaşlarının evlərinə qayıtmasının onların danılmaz hüququ olduğu təsdiqlənir.

Həmçinin Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin eskalasiya ilə bağlı narahatlıq ifadə olunur. Mövcud danışıqlar formatı və mexanizmi çərçivəsində ATƏT sədrliyinin həlli uzanmış münaqişələrin çözülməsində aktiv fəaliyyəti alqışlanır. Qətnamə layihəsində müəllif Dağlıq Qarabağ münaqişəsi zonasında yeni ədavət risklərini azaltmaq məqsədi ilə etimad tədbirləri üçün səy göstərmək və Minsk qrupu çərçivəsində Böyük Sülh Sazişi üzərində işə başlamaq üçün parlamentariləri münaqişə tərəflərini siyasi iradə ortaya qoymağa həvəsləndirməyə çağırır.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Lələtəpə alınanda düşmən əsgərləri qonşu postlardan necə qaçırdı…

%d bloqqer bunu bəyənir: