Advertisements
24 saat

Dağlıq Qarabağ: 2 separatçı ölüb


Ermənistanın dəstəklədiyi Dağlıq Qarabağ separatçı qüvvələrinin sözçüsü aprelin 26-da iki separatçı hərbçinin öldüyünü deyib. Onların “Azərbaycan tərəfin açdığı atəşdən öldüyü” bildirilir.

Azərbaycanın Müdafiə Nazirliyi aprelin 26-da bildirib ki, Ermənistan silahlı bölmələri sutka ərzində atəşkəsi 113 dəfə pozublar. Separatçıların mövqelərinə isə 114 dəfə atəş zərbəsi endirilib.

Aprelin əvvəlində cəbhə xəttində atəşkəsin pozulması nəticəsində hər iki tərəf onlarla itki verib.

Tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham edir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: