Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Dağlıq Qarabağ əhalisinin mövqeyi çox vacibdir”

ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ əhalisinin mövqeyinin münaqişənin nizamlanmasında ifadə olunmasını vacib hesab edir.

APA-nın verdiyi xəbərə görə, bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik erməni mətbuatına açıqlamasında bildirib.

“Dağlıq Qarabağ əhalisinin mövqeyinin çatdırılması çox vacibdir. Bu səbəbdən də həmsədrlər Dağlıq Qarabağın de-fakto hakimiyyət nümayəndələri ilə mütəmadi olaraq görüşlər keçirir”, – deyə Uorlik qeyd edib.

“Biz, Dağlıq Qarabağ əhalisinin səsini hərtərəfli qərar çərçivəsində ən yaxşı hansı şəkildə təmin edilməsinə dair qərar verməliyik”, – diplomat əlavə edib.

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Bir şillə iki təpiklə… manat da yıxıldı

%d bloqqer bunu bəyənir: