Advertisements
24 saat

Dağıstanda xüsusi əməliyyat zamanı döyüşçü məhv edilib


Rusiya Federasiyası Dağıstan Respublikasında xüsusi əməliyyat keçirilib. ANS PRESS-in məlumatına görə, güc strukturlarının əməkdaşları Şimali Qafqazda xüsusi əməliyyat zamanı döyüşçü Arsen Talıbov həlak olub.

Hadisə Dağıstanın Doqquzpara rayonunun ən böyük yaşayış məntəqəsi Miskincədə baş verib. Güc strukturlarının əməkdaşları silahlı olan şəxsə təslim olmağı təklif edib. Lakin, A.Talıbov təslim olmaq istəməyib. Atışma zamanı 23 yaşlı gənc silahlı ölüb.

Məlumata görə, Talıbov fevral ayında avtomobil alaraq terrorçulara verib. Hansı ki, həmin avtomobilin vasitəsi ilə daha sonra onlar Dərbənd rayonun Cəmikənd körpüsünü partadıblar. Partlayış nəticəsində bir polis işçisi ölüb, daha üç nəfər xəsarət alıb. Yaralı polislərdən ikisi Rusiyanın digər vilayətlərinin nümayəndələridir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: