Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Dağıstanda 2 polis əməkdaşı öldürüldü

Rusiyanın Dağıstan Respublikasının İzberbaş şəhəri yaxınlığında odlu silahdan açılan atəş nəticəsində Yol Patrul Xidmətinin iki əməkdaşı öldürülüb.

TASS xəbər verir ki, bu barədə Respublikanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, polis əməkdaşlarına atəş açan naməlum şəxslər gizləniblər. Şəhərdə və onun ətraf ərazilərində axtarış-əməliyyat tədbirləri həyata keçirilir.

Faktla bağlı cinayət işi açılıb.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Cəbhə xəttində gərginlik: müharibə hazırlıqları başladı – FOTO, VİDEOLAR

%d bloqqer bunu bəyənir: