Advertisements
24 saat

Dağıstanda 2 polis əməkdaşı öldürüldü


Rusiyanın Dağıstan Respublikasının İzberbaş şəhəri yaxınlığında odlu silahdan açılan atəş nəticəsində Yol Patrul Xidmətinin iki əməkdaşı öldürülüb.

TASS xəbər verir ki, bu barədə Respublikanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, polis əməkdaşlarına atəş açan naməlum şəxslər gizləniblər. Şəhərdə və onun ətraf ərazilərində axtarış-əməliyyat tədbirləri həyata keçirilir.

Faktla bağlı cinayət işi açılıb.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: