Dağıstan prezidenti Bakıda biznes qurur


Bakıda “DAQESTAN” brendi ilə marketlər şəbəkəsi açılacaq.

Dağıstanın Azərbaycandakı nümayəndəliyindən Trend-ə verilən məlumata görə, marketdə Dağıstan və digər Rusiya istehsalı olan məhsullar satılacaq.

“Daqestan” ticarət evi Dağıstan prezidenti Ramazan Abdulatipovun tapşırığı ilə açılır.

Marketlər şəbəkəsi Bakının rayonları və Azərbaycanın regionlarında genişlənməyi nəzərdə tutur.

Qiymətlərə gəlincə, məhsulların satışı Rusiyadakı qiymətlə həyata keçiriləcək.

Marketlərdə Azərbaycan vətəndaşları çalışacaq.

İlk market sentyabrın 9-da Atatürk prospekti, 31 ünvanında açılacaq.

Paylaş:

YAP-ın yeni qərargahı 1 manatlıq narazılığa səbəb olub

Sonrakı Yazı »

Bakı küçəsində 300 min manatlıq hədiyyə – FOTO

%d bloqqer bunu bəyənir: