Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Dərsliklər tender əsasında yazılmalıdır”

 

Dilavər Əzimli: “Dərsliklərlə bağlı problemin yeganə həlli yolu budur”

Təhsil Nazirliyi qarşıdakı tədris dövrü üçün orta məktəb dərsliklərinin bir qisminin yenidən nəşr ediləcəyini bildirib. Nazirliyin bildirdiyinə görə, buna səbəb bəzi dərsliklərin yararsız olmasıdır.

Maraqlıdır, orta məktəb dərsliklərinin demək olar ki, hər il yenidən, yeni tərtibatda çap edilməsi nə ilə bağlıdır? Yararlı dərs kitabları hazırlamaq doğrudanmı bu qədər çətindir və hökmən hər il milonlarla vəsaitin israfı hesabına başa gəlməlidir?

Məsələ ilə bağlı 24saat.org-a açıqlama verən tanınmış tarixçi-pedaqoq, AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, Bütöv Azərbaycan Ocaqlarının sözçüsü Dilavər Əzimli problemin bir neçə amildən qaynaqlandığını vurğuladı:

“Bunun səbəbləri hamıya bəllidir. Əslində, bu istiqamətdə Təhsil Nazirliyinin üzərinə daha çox məsuliyyət düşür. Normal dərsliklərin hazırlanması üçün xüsusi komissiya yaradılmalıdır. Bu komissiya kiminsə birbaşa nəzarəti altında olmamalıdır. Çünki kiminsə nəzarəti altında olanda, həmin adam o komissiyaya yalnız öz tanışlarını yığır. Bu da son nəticədə ayrılan pulların mənimsənilməsinə və bu cür dərsliklərin ortaya çıxmasına səbəb olur. Bəllidir ki, məktəb dərsliklərindən narazılıqlar vardır.

Düzdür, bu dərsliklər milli baxımdan işlənilir. Lakin dərsliklərdə istər toponimlər, istərsə də coğrafi adlar baxımından ciddi səhvlər gedir. Bunun da başlıca səbəbi həmin dərsliklər işlənərkən dövrlər üzrə mütəxəssilərin cəlb olunmamasıdır. Bu dərsliklərin kimlər tərəfindən hazırlandığı ictimaiyyətə bildirilməlidir. Yəni, ayrılan komissiyanın ictimaiyyətlə təmaslarını qurmaq lazımdır. Bəs komissiya necə təşkil olunmalıdır? Hesab edirəm ki, bütün hallarda tanışlıq öz işini görəcəkdir. Çünki ortada pul vardır. Bundan yan keçmək üçün dərsliklər yazmaq üçün ayrı-qyrı dövrlər üzrə mütəxəssislər arasında tender elan etmək lazımdır. Yoxsa, bütün dövrü eyni adamlar yazırlar. Bu mütəxəssislər öz yazdıqlarını təqdim etməlidir. Sonra onların arasından dəsrlikləri yazmaq üçün komissiya seçilməlidir. Əks halda, belə hallar daima olcaqdır”.

Seymur Əliyev

24saat.org

 

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Dağlıq rayonlarına yağış yağacaq

%d bloqqer bunu bəyənir: