Loading...
Loading...

“Dərsliklər dərindən təhlil olunsa, dəhşətli qüsurlarla rastlaşarıq”

Kitab bir cəmiyyətin inkişafında müstəsna rol oynayır. Ancaq zaman-zaman orta məktəb dərsliklərində  səhvlər aşkarlanır. Bu isə ən böyük problemlərdən biridir. Çünki ən az 2 tədris ilinin şagirdləri bu kitablardan istifadə etməyə məcbur olurlar. Bəs bu məsələ necə həll edilməlidir?

 

Təhsil eksperti Etibar Əliyev məsələ ilə bağlı fikirlərini Modern.az-a bildirib.

Etibar Əliyevin sözlərinə görə, dərsliklərin yazılmasına və çapına bir çox qurumlar cavabdehdirlər.

“Bu qurumlar nəşriyyatlar, Dərsliklərin Qiymətləndirmə Şurası və Təhsil Nazirliyinin Tədris resursları şöbəsidir. Uzun illərdir ki, dərsliklərdəki ciddi problemlərdən danışırıq. Dərsliklərdə üslub səhvləri, məzmun səhvləri, həmçinin redaktə, korrektə səhvlərinə rast gəlinir. Hələ orta məktəb dərslikləri hələ ki dəqiq və dərin təhlil olunmur. Əgər o proses başlasa, onda çox dəhşətli qüsurlarla rastlaşarıq. Ən azı müqayisə metodunu götürsək, uşaqların idrakı və təfəkkürünün formasına müsbət təsir edən mətinlərin azdığını götürsək, vəziyyətin daha ağır olduğunu deyə bilərik. Mən hesab edirəm ki, dərslikləri nəşriyyatın seçməsi doğru deyil. Nəşriyyatların dərslik tanıma, müəllif tanıma və təhlil etmək üçün kadr potensialı kifayət qədər deyil. Onlar istədikləri şəxsi dərslik müəllifi kimi seçə bilirlər. Bütün dərsliklər üzrə alternativ dərsliklər yazılmadığı üçün nəşriyyatlar təkrar olaraq əvvəlki illərdəki dərsliklərin üzərində dururlar. Nəticədə Dərslikləri Qiymətləndirmə Şurası tərəfindən təşkil olunan tenderdə qalib gələn nəşriyyatların  çap etdikləri kitabları məktəblərə göndərirlər. Bu proseslərin özlərində də müəyyən qədər səhvlər var”.

Ekspert bildirib ki, ölkə başçısının müvafiq sərəncamına uyğun olaraq yaradılmış Dövlət İmtahan Mərkəzinə dərsliklərin sifariş və monitorinqi səlahiyyəti verilib.

“Dərsliklər çap olunub qurtarandan sonra Dövlət İmtahan Mərkəzində monitorinqə verilir. Təəssüf ki, aşkar olunan çoxsaylı səhvlər nəzərə alınmır. Aşkarlanan səhvlər 2 tədris ili sonra bərpa edilir. Bu prosesin özündə də müəyyən səhvlər var, yaxşı olardı ki, dərsliklər çap olunmadan əvvəl Dərsliklərin Qiymətləndirmə Şurası və Dövlət İmtahan Mərkəzi monitorinq aparsınlar. Daha sonra isə dərsliklər çap edilsin. Təəssüf ki, hələ ki he çbir ciddi addım atılmır”.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

“Whatsapp”a qadağa

Loading...
%d bloqqer bunu bəyənir: