Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Dənizdə batmaqdan xilas edilən şəxs cinayətkar kimi axtarışda imiş

yulun 19-da gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Dövlət Sərhəd Xidmətinə müraciət edərək Xəzər dənizinin Pirallahı adası istiqamətində batan şəxsin xilas edilməsi üçün kömək istəyib.

 

DSX-dən verilən məlumatda deyilir ki, havanın əlverişsiz olmasına baxmayaraq, texniki müşahidə vasitələri ilə su səthinə keçirilən baxış nəticəsində sahildən 250 metr məsafədə Xəzər dənizində köməksiz qalmış şəxs aşkar edilərək sahilə çıxarılıb.

Aparılmış araşdırma zamanı xilas edilmiş şəxsin Daxili İşlər Nazirliyinin Pirallahı rayon polis şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə başlanmış cinayət işi ilə əlaqədar axtarışda olan, dəfələrlə məhkum olunmuş, 1990-cı il təvəllüdlü Pirallahı qəsəbə sakini Hüseynov Pənah Valeh oğlu olduğu müəyyən edilib.

Saxlanılmış şəxs Daxili İşlər Nazirliyinin Pirallahı rayon polis şöbəsinə təhvil verilib.

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Rektor Elmar Qasımov: “Təhsil sistemi dünyəvi olmalıdır”

%d bloqqer bunu bəyənir: