Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
41443

Dəmirtaşa qarşı 20 ittiham

Türkiyədə Cümhuriyyət Baş Prokurorluğunun təlimatı ilə həbs olunan 11 HDP millət vəkilinə qarşı irəli sürülən ittihamlar məlum olub.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, saxlanılan deputatların “terror təşkilatı PKK-nın təbliğatını aparmaq”, “cinayəti və cinayətkarı tərifləmək”, “xalqı kin və düşmənçiliyə təhrik”, “silahlı terror təşkilatına üzv olmaq” və “dövlətin birliyi və bütövlüyünü pozmağa təşəbbüs” maddələri ilə ittiham olunduqları açıqlanıb.

HDP həmsədri Səlahəddin Dəmirtaş isə cinayət törətmək məqsədi ilə təşkilat yaratmaq, terror təşkilatına üzv olmaq, silahlı terror təşkilatına üzv olmaq, təşkilat adından cinayət törətmək, Türkiyə Cümhuriyyətini açıq-aşkar təhqir etmək, terror təşkilatının təbliğatını aparmaq, türk milləti, cümhuriyyəti və TBMM-i açıq-aşkar təhqir etmək, prezidenti təhqir etmək, dövlətin hərbi və polis təşkilatını açıq-aşkar təhqir etmək, terror təşkilatı olan PKK-nın təbliğatını aparmaq, xalqı kin və düşmənçiliyə təhrik etmək, dövlət vəzifəlisini tutduğu mövqe ilə əlaqədar təhqir etmək, terror təşkilatına bilərək və istəyərək yardım etmək, 2911 saylı toplantı və nümayiş yürüşləri qanununa müxalif olmaq və sair maddələrlə ittiham olunur.

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

“Türkiyənin rəsmi üzrünü qəbul etməyə hazıram”

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: