Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Dələduzun beləsini hələ görən olmamışdı …

Bakı Ağır Cinayətlər Məhkəməsində əvvəllər dələduzluğa görə məhkum edilmiş, hazırda oğurluqda ittiham olunan 1980-cı il təvəllüdlü Ruslan Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Əhməd Quliyev sədrlik edib.

Məhkəmə yolu ilə müəyyən edilib ki, Ruslan Əliyev qeyri-rəsmi nikah münasibətində olduğu Reyhan Şahbazovanın yaşadığı mənzildən müxtəlif vaxtlarda oğurluq edib. Ötən ilin yanvar ayında mənzildə kimsənin olmamasından istifadə edən R.Əliyev R.Şahbazovanın gəlininin qızıllarına “əl gəzdirib”. Qızıl-zinət əşyalarının onun tərəfindən oğurlanmasından şübhələnmədiklərini görüncə isə, daha da ürəklənib. Növbəti dəfə gəlinin cehizlərini talayaraq ona 20 min manata yaxın ziyan vurub.

Çox keçməyib ki, mənzilin kənar şəxslərin deyil, məhz R.Əliyev tərəfindən qarət edilməsi aşkarlanıb. Polisə şikayət olunub və R.Əliyev həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsi ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxs qismində dindirilən Ruslan Əliyev ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində 12 ilə yaxındır ki, Reyhanla tanış olduğunu, onunla qeyri-rəsmi yaşadıqlarını göstərib.

2012-ci ildə dələduzluğa görə məhkum olunan R.Əliyev 2 ildən sonra məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülüb. Azadlığa çıxan kimi Reyhan Şahbazova ilə əlaqə saxlayıb. Həmin ərəfədə qadın oğlunun toy mərasiminə hazırlaşırmış: “Toydan sonra gəlin cehizlərini həmin mənzilə gətirmişdi. Mənzilin açarının biri məndə olduğundan, qapını açıb evə girdim, gəlinin otağındakı qızılları götürüb çıxdım. Qızılları lombarda qoyub 1100 manat pul götürdüm. Bu barədə nə Reyhana, nə də ki onun gəlininə məlumat vermədim. Amma sonradan gəlinə dedim ki, pulu düzəldən kimi qızıllarını lombarddan çıxardacam”.

R.Əliyev lombarddan götürdüyü pulu ödəyə bilmədiyi üçün lombard həmin qızılları satıb. Yenidən pula ehtiyacı olan R.Əliyev bu dəfə gəlinin cehizlərinə əl uzadıb, evdən çırpışdırdığı planşeti, xalçaları Sabunçu bazarında dəyər-dəyməzinə satıb.

Oğurluğun R.Əliyev tərəfindən törədildiyinə şəkk-şübhə qalmayıb. Ruslandan qızılları və evdən oğurlanan əşyaları geri gətirməsi tələb olunub. O, tez bir zamanda satdığı qızılların, əşyaların pulunu qaytaracağına söz versə də, sözünə əməl etməyib.

Şahid qismində dindirilən Reyhan Şahbazova ifadəsində göstərib ki, 5 il əvvəl Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən evini satmaq istəyib. Evin qiyməti 150 min manat olub. Özünü makler kimi təqdim edən Ruslan Əliyev evin satılmasında ona köməklik göstərəcəyini deyib. Ruslan həmin evi sataraq pulunu özü götürüb, qarşılığında ona yeni tikilidən ev alacağını deyib. Bundan sonra Ruslan ona Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsi, ev 72, mənzil 66 ünvanda yerləşən 3 otaqlı evi göstərərək həmin evi onun üçün aldığını bildirib: “Ailəmlə birlikdə yeni mənzilə köçdüm. Təxminən iki aydan sonra məlum oldu ki, ev mənə məxsus deyil. Bundan xəbər tutan kimi Ruslanla əlaqə saxladım, həmin ərəfədə Ruslanı dələduzluğa görə həbs etdilər”.

R.Əliyev Reyhandan xahiş edib ki, ondan şikayətçi olmasın, iş bitən kimi evini alıb verəcək. Ruslanın sözlərinə inandığına görə ondan şikayət etməyib. Amma oğlunun toyu ərəfəsində pula ehtiyacı olan qadın evini tələb etmək üçün Ruslanla əlaqə saxlayıb: “Ruslan təxminən oğlumun toyundan 2 həftə sonra azadlığa çıxdı. Onunla mütəmadi olaraq telefonla əlaqə saxlayırdım, tez-tez görüşürdüm, evimi nə vaxt geri qaytaracağını soruşurdum. Bu barədə dəfələrlə danışıb söhbət etmişik. Ruslan evə gəlib gedirdi, açarın biri onda idi. Ruslana yenə də inanmışdım, təxminən 4-5 mənzili göstərmişdi, bu evlərdən hansını bəyənsək, onu alacağını deyirdi”.

2015-ci ilin fevral ayında mənzildən qızılların yoxa çıxdığını görən Reyhan bu məsələdə Ruslandan şübhələnib. Buna səbəb isə gəlinin otağından Ruslanın həbs olunması ilə bağlı sənədlər toplusunun aşkarlanması olub. Ruslana zəng vurub gəlinin qızıllarını geri qaytarmasını tələb edib. Bir müddət sonra gəlin-qayınana otaqdakı cehiz əşyalarının qutularının boş olduğunu görüblər. Həmin əşyaların da Ruslan tərəfindən oğurlanması məlum olub.

Sözügedən cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Məhkəmənin hökmü ilə R.Əliyev 9 il müddətinə azadlıqdan məhrum edilib.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Azərbaycanda dəhşət: həkim xəstənin sağlam ayağını kəsdi – FOTOLAR

%d bloqqer bunu bəyənir: