Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Dəhşətli qəzada həlak olan məşhur həkimmiş -Arvadı öldü, 2 aylıq uşağı sağ qaldı

Xəbər verdiyimiz kimi, dünən Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib. “KİA” markalı minik avtomobili “VAZ” markalı maşınla toqquşub. Nəticədə, “KİA” markalı avtomobilin sürücüsü, 1981-ci il təvəllüdlü Əkbərov Əli Əsəd oğlu, həyat yoldaşı 1983-cü il təvəllüdlü Salahova Leyla Yunus qızı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib, 2 nəfər sərnişin xəsarət alıb.

Əli Əkbərov kardioloq olub. O, Bakının məşhur klinikasında işləyirmiş.
Elə maşında da həyat yoldaşı Leyla, 2 aylıq övladları Yunus Əkbərov və qayınatası Yunus Əsgərxan oğlu Salahovla bərabər olub.
Qəza nəticəsində Əli Əkbərov xanımı Leyla ilə dünyasını dəyişsə də, 2 aylıq Yunusun sağ qaldığı deyilir.(Qafqazinfo)

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

24 yaşlı qız intihar etdi…

%d bloqqer bunu bəyənir: