Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Dəhşətli qəza, ölən var – FOTOLAR

Ağdaş rayonunda bir nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Ağdaş-Ərəbocağı avtomobil yolunun 11-ci kilometrliyində qeydə alınıb. Rayon sakini, 1982-ci il təvəllüdlü İsgəndərov Ramin Nizami oğlu idarə etdiyi 03-BG-383 dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb. Hadisə nəticəsində sürücü Ramin İsgəndərov aldığı ağır bədən xəsarətləri səbəbindən dünyasını dəyişib.
Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Hadisə yerindən fotoları təqdim edirik: 

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Bakıda səfirliyə məxsus maşın qəzaya düşdü: iki nəfər yaralandı

%d bloqqer bunu bəyənir: