Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

DƏHŞƏTLİ QƏTLİN SİRRİ açıldı: Cəsədini timsahlara atıblarmış

ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FBİ) 7 il əvvəl itkin düşən Britein Dreksel haqqındakı qan donduran faktı üzə çıxarıb.

24saat.org publika.az-a istinadən bildirir ki, ABŞ-lı Britein Dreksel 2009-cu ildə ailəsinə xəbər vermədən Nyu-Yorkdakı Mayrtl sahilinə yoldaşlarıyla birlikdə tətilə gedib. Yoldaşının otelində qalan Dreksel 25 aprel 2009-cu ildə heç bir iz buraxmadan yoxa çıxıb.

Cinayəti etiraf edən Taquan Broun adlı şübhəli şəxs başqa bir hadisədə də qəsdən adam öldürmədə təqsirli bilinərək 25 il həbs cəzasına məhkum edilib.

FBİ agenti Qerik Munoz illərdir xəbər alına bilməyən Britein haqqında əldə etdikləri ilk ətraflı məlumatları paylaşıb. Məhkum Brounun ifadəsinə görə, Dreksel, Timoti Da Şaun Teylor (16 yaş) adındakı bir gənc tərəfindən qaçırılaraq bir evdə saxlanılıb. Teylor və başqa kişilər gənc qadına təcavüz ediblər. Dreksel bütün bu hadisələrin üzərinə evdən qaçmağa çalışdı, lakin gənc qadını tapançayla vuraraq təkrar evə gətiriblər.

Brounun sözlərinə görə, Drekselə iki dəfə atəş açılıb. Gənc qadın ölüncə, cinayətlə əlaqədar iz buraxmamaq üçün Drekselin cəsədini timsahlara atıblar.

24saat.org
Loading...

Mehman Hüseynov bu dəfə Səlim Müslümovun imarətini çəkdi – VİDEO

Sonrakı Yazı »

Azərbaycanlı məmurun qızı türkiyəli məşhurun toyunda – Fotolar

%d bloqqer bunu bəyənir: