Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
476717_1.jpg

DƏHŞƏT OLAY ! 60 yaşlı kişi pulla aldığı qadını 2 il zorlayıb

Türkiyənin Diyarbəkir vilayətində zorlamada ittiham olunan 60 yaşlı A.Ç.-yə 17,5 il həbs cəzası verilib.

BiG.AZ xəbər verir ki, kişinin 2 il müddətində suriyalı qadına təcavüz etdiyi deyilir.

Məlumata görə, 2014-cü ildə Suriyadakı müharibə səbəbiylə ölkəsindən qaçaraq Türkiyəyə sığınan M.E. A.Ç. ilə tanış olub. 60 yaşlı kişi 2000 türk lirəsi verərək qadını satın alıb və evinə gətirib. İddia olunur ki, qadın burada cinsi istismara məruz qalıb. Hətta qadının evdə qaldıqdan 4-5 gün sonra tez-tez qışqırdığı, qaçmaq üçün kənd yoluna çıxdığı və şübhəlinin qohumları tərəfindən zorla geri qaytarıldığı deyilir.

M.E.-nin intihara cəhd etməsindən sonra jandarma araşdırmalara başlayıb.

Məhkəmədə ifadə verən qadın bir kişinin onu yatıraraq Suriyadan Türkiyəyə keçirdiyini və satdığını deyib. Zorlamada günahlandırılan qoca isə cinsi istismar ittihamını rədd edib və qadın üçün 2000 türk lirəsi ödədiyini və onunla evlənmək üçün gətirtdiyini vurğulayıb.

Məhkəmə heç bir güzəşt etmədən ittiham olunan şəxsə 17,5 il həbs cəzası verib./milii.az/

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Bakıda 15 yaşlı qızdan dəhşətli əməl: öz ad günündə…

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: