Advertisements
24 saat

Dəmirdaş xəbərdarlıq etdi


İmralıda cəza çəkən Abdullah Öcalandan xəbər ala bilməsək gərginlik daha da artacaq.

Axar.az xəbər verir ki, bunu Türkiyənin kürdyönümlü Xalqların Demokratik Partiyasının (HDP) sədri Səlahəddin Dəmirdaş deyib.

“Əgər biz pis niyyətliyiksə, qarşısını alın. Diyarbəkirdə hazırda aclıq aksiyasına başlanılıb. Bu həssas məsələni həll etməsək, İmralıdan xəbər almasaq, gərginlik daha da artacaq. Biz bunun qarşısını almağa çalışırıq”, – Dəmirdaş bildirib.

Qeyd edək ki, Dəmirdaş PKK-nın keçmiş lideri Abdullah Öcalandan uzun müddətdir ki, xəbər ala bilmədiklərini iddia edir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: