Dələduzluqda təqsirli bilinən şəxslər məhkəmə zalından azadlığa buraxıldılar

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mayıl Bayramovun sədrliyi ilə dələduzluqda təqsirləndirilən Vasif Çərkəzov və Vüqar Məcidovun cinayət işi üzrə məhkəmə başa çatıb. Hakimlər kolıegiyasının hökmünə əsasən onlara verilmiş azadlıqdan məhrum edilmə cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsi (şərti cəza) tətbiq edilməklə şərtu hesab olunub və onlar məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, 1985-ci il təvəllüdlü Vasif Çərkəzov və 1987-ci il təvəllüdlü Vüqar Məcidov vətəndaşlaın etimadını qazanaraq dələduzluq etməkdə ittiham olunublar. Onlar Binəqədi Rayon Polis Idarəsinin əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin şikayəti əsasında saxlanılıb və barələrində Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib. Məhkəmə istintaqı dövründə zərərçəkənlərə dəymiş ziyan ödənilib.

Ziya Məmmədovun müşaviri həbsin astanasında – SABİQ NAZİRİN BAŞI DƏRDDƏ

Sonrakı Yazı »

Bakıda 6 qadına qarşı cinayətdə təqsirləndirlən şəxsin məhkəməsi başladı

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: