Loading...
Loading...

Cüdoçumuz erməni ilə üz-üzə

Bu gün Rusiyanın Kazan şəhərində cüdo üzrə Avropa çempionatı start götürür.

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışın ilk günündə tatamiyə 3 idmançımız çıxacaq.

Kişilər arasında 60 kq çəkidə ilk mərhələdən azad olan Orxan Səfərov mübarizəyə 1/8 finaldan başlayacaq. “Böyük dəbilqə”nin qalibi Tom Şmit (Lüksemburq) – Arif Bağırov (Belarus) cütünün qalibini gözləyir.

Bu çəkidə tatamiyə çıxacaq digər təmsilçimiz İlqar Müşkiyev isə Qonsalo Mansino (Portuqaliya) ilə qarşılaşacaq.

66 kq çəkidə millimizin təcrübəli cüdoçularından sayılan Tərlan Kərimov ilk qarşılaşmada Ermənistan yığmasının idmançısı Ferdinand Karapetyanla üz-üzə gələcək.


Tərlan Kərimov

Qadınlar arasında 48 kq çəkidə ölkəmizi təmsil edən Aişə Qurbanlı 1/16 finalda macarıstanlı Reka Puppla üz-üzə gələcək. Həmyerlimiz mərhələ adlayacağı halda, Şira Rişoni ilə münasibətinə aydınlıq gətirəcək. Cüdo yığmamız yarışa 9 kişi, 1 qadın cüdoçu ilə yollanıb. Avropa çempionatı aprelin 24-də başa çatacaq.

Bir neçə gün öncə aprelin 16-da güləşçimiz Cəbrayıl Həsənov erməni idmançını məğlub edərək Olimpiadaya vəsiqə qazanıb. Bu Serbiyanın Zrenyanin şəhərində 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən Avropa təsnifat turnirində baş verib. Yarımfinalda erməni rəqibi Suren Xaçatryanı 51 saniyə ərzində məğlub edən güləşçimiz turnirin finalına yüksəlib və Rio Olimpiadasına vəsiqəni təmin edib.


Cəbrayıl Həsənov və Suren Xaçatryan

Analoji hadisə aprelin 15-də Türkiyənin Samsun şəhərində keçirilən boks yarışında baş verib. Boksçumuz Cavid Çələbiyev erməni rəqibini məğlub edib. Bununla boksçumuz 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Çələbiyev ermənistanlı Aram Avaqyanı rinqə çıxmağa peşman edib.

Anspress

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

“Barselona”nın gələcək stadionu belə olacaq – VİDEO

%d bloqqer bunu bəyənir: