Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Çoxdan gözlənilən qanun layihəsi qəbul olundu

Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında “Elm haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

24saat.org Trend-ə istinadən bildirir ki, qanun layihəsi haqqında danışan Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirib ki, indiyə qədər qanun layihəsinin müzakirəsi zaman deputatlar tərəfindən səsləndirilən təkliflər nəzərə alınıb.

O qeyd edib ki, elm haqqında qanunvericiliyin əsas məqsədi elmi fəaliyyətlə məşğul olan bütün subyektlərin və iştirakçıların konstitusiya hüquqlarının təmin edilməsi və qorunmasından, onların arasında münasibətlərin tənzimlənməsi, elmi fəaliyyət sahəsində fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrinin müəyyən edilməsi, elmi fəaliyyətin sərbəst və davamlı inkişafının təmin edilməsi, vətəndaşların əqli potensialının reallaşdırılması və elmi nailiyyətlərdən istifadə edilməsi sahəsində təşkilati-hüquqi bazanın yaradılmasından ibarətdir.

Qanun layihəsi səsverməyə qoyularaq qəbul edilib.

Qeyd edək ki, “Elm haqqında” qanun layihəsi bir neçə ildir ki, hazırlanırdı. Qanun layihəsi bundan əvvəl Milli Məclisin müzakirəsinə çıxarılsa da, qəbul olunmadı və qanunun layihəsi üzərində yenidən işlənməsi tövsiyə olundu.

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

Goranboydakı qızıl əməliyyatı təsdiqləndi – İşdə nazirin adı keçir

%d bloqqer bunu bəyənir: