Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
su

Çox su içməyin, ölə bilərsiniz – Alimlərdən xəbərdarlıq

Həddən artıq su içmək insanın ölümünə səbəb ola bilər.

“Daily Mail” xəbər verir ki, avstraliyalı alimlərin apardığı araşdırmaların nəticəsi belə deməyə əsas verir. Bildirilir ki, insan istəmədiyi halda maye qəbul edərsə, beyindəki udqunma önləyici mexanizmin fəaliyyəti pozulur. Bu da insanın sudan zəhərlənməsinə gətirib çıxara bilir. Fəsadlar təkcə bununla bitmir. Normadan artıq maye qəbulu qandakı natriumun anormal dərəcədə azalmasına yol açır.

Elm adamlarının sözlərinə görə, belə hallarda insanda ürək bulanması, üşümə, beynin fəaliyyətinin pozulması kimi fəsadlar müşahidə oluna bilir. Bəzən həmin şəxsin hətta komaya düşmə təhlükəsi də yaranır. Bu vəziyyətdə insana ilkin tibbi yardım göstərilməsə tələfat qaçılmaz olur.

Alimlər bəyan edir ki, marafon yarışlarında həddən çox maye qəbul etdiyinə görə idmançılar arasında dəfələrlə ölüm halları qeydə alınıb.(atv.az)

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Ağrı azaldan, həzmə yardım edən keşnişin faydaları

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: