Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Çox şey almağa hazırıq, ancaq heç nə satmırıq – Putin

Yaponiya ilə sülh razılaşması da daxil olmaqla, istənilən dialoqa hazırıq.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin jurnalistlərə açıqlamasında deyib.

“Çox şey almağa hazırıq. Amma heç nə satmırıq. Yaponiya ilə sülh razılaşması da daxil olmaqla, istənilən dialoqa hazırıq və istəyirik də. Yenə təkrar edirəm. Yaponiya ilə əlaqələrimizi daha da inkişaf etdirmək istəyirik”, – Putin bildirib.

Xatırladaq ki, Putinin ilin sonunda gerçəkləşməsi nəzərdə tutulan Yaponiya səfərində mübahisəli Kuril adalarının taleyinə aydınlıq gətiriləcəyi iddia edilir. İkinci Dünya müharibəsindən sonra SSRİ-nin sahibləndiyi və Yaponiyanın bugünədək mübahisəli saydığı Kuril adalarından Rusiyanın imtina edəcəyi düşüncəsi vardı. Putin bu sözlərlə dolayısı ilə yayılmış xəbərləri təkzib etdi.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Ağ Evin qarşısında atışma baş verib

%d bloqqer bunu bəyənir: