Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
ayaq_daban_0451

Çox oturanda topuğu ağrıyan şəxslərə XƏBƏRDARLIQ

Sizdə də uzun müddətli bel, kürək, boyun və topuq ağrısı varsa, buna laqeyd yanaşmayın. Bu, ankilozan spondilit xəstəliyinin əlamətləri ola bilər. Vaxtında müalicə olunmadıqda qalıcı sümük və oynaq problemlərinə yol açır.

24saat.org lent.az-a istinadən xəbər verir ki, revmatik xəstəliklərdən biri olan ankilozan splondilit əsasən yaşı 45-dən aşağı olan şəxslərdə daha çox ortaya çıxır. Üç aydan çox davam edən bel, boyun və kürək ağrıları ilə özünü göstərən ankilozan splondit xəstəliyinin digər xəbərçisi topuq ağrılarıdır.

El arasında bel-boyun revmatizmi kimi qələmə verilən bu xəstəlik əsasən bel, boyun və kürək ağrıları ilə ortaya çıxır.
Bütün ankilozan spondilit xəstələrində olmasa da, əksəriyyətində topuq ağrısı da olur. Xəstəliyin başladığı və ya davam etdiyi müddətdə topuq ağrısı ortaya çıxa bilər. Xüsusən 45 yaşdan aşağı, kilolu olmayan və ağır fiziki işlərdə çalışmayan şəxslərdə görülən topuq ağrısı ankilozan spondilit xəstəliyinin mühüm və spesifik əlamətlərindən sayılır.

Ancaq hər topuq ağrısını bu xəstəliklə əlaqələndirmək də doğru deyil. Topuğu incitdikdə, ağırlıq düşdükdə, ağır yük daşıdıqda, uzun müddət ayaqüstə qalmaqla bağlı mexaniki stress səbəbindən də topuq ağrısı ortaya çıxa bilir. Menopauza dövründə olan kilolu qadınlarda da revmatizm qaynaqlı topuq ağrısı görülür.

Bu xəstəlik sümük böyümələrinə səbəb olduğu üçün erkən diaqnozu gecikdiriləndə oynaqlarda, omba və onurğa sümüklərində pozulmalar yaradır. Buna görə yaşı 45-dən aşağı olan şəxslərdə bel, boyun və kürək ağrıları 3 aydır davam edirsə, çox oturduqda topuqları ağrıyırsa, mütləq revmatoloqa getməlidirlər.

Topuq ağrısına faydalı gələn bəzi bitki mənşəli çarələr də var. Onlardan birini təqdim edirik:

5 litr suya bir stəkan kəklikotu əlavə edərək 1 saat boyunca suyun içində masaj etməniz həm ağrının yüngülləşməsinə yardımçı olur, həm də əzələləri gəvşədir.
Bundan başqa, bir çay qaşığı balı bir qaşıq unla qarışdırın, təmiz parçanın üstünə töküb ağrıyan topuğunuza bağlayın. Bunu 20 gün təkrarlayın.

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

BÜRCLƏR – 28 Oktyabr

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: