Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Çovdarovun qurbanı məşhur müğənni Şəbnəm imiş FOTO

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun qurbanlarından birinin kimliyi məlum olub.

“Qafqazinfo” həmin müğənninin kimliyini öyrənə bilib. Məlum olub ki, MTN-ə aparılan müğənni Şəbnəm Tovuzludur (Əsədova).

Xatırladaq ki, ötən il müğənninin nazirliyə çağırılması ilə bağlı mətbuatda xəbərlər yayılmışdı.

Qeyd edək ki, yayılan xəbərdə xanım müğənninin MTN-ə aparılmasını Akif Çovdarovdan ona sponsorluq etmiş Famil adlı şəxsin xahiş etdiyi bildirilib.

Müğənnidən tələb ediblər ki, ona Famil adlı şəxsin bağışladığı mənzili geri qaytarsın. Vurğulanıb ki, bundan sonra “Qafqaz MTK”nın Nərimanov rayonu ərazisindəki çoxmərtəbəli binasının 3-cü blokunun 2-ci mərtəbəsindəki 3 otaqlı mənzil Familin adamı Abbas Həsənlinin adına keçirilib.

Famil adlı şəxs A.Çovdarovun setində olan iş adamı kimi təqdim edilir. Bildirilir ki, Famil və onun şərikləri A.Çovdarovun “krışa”lığı ilə Bakıda çoxmərtəbəli binalar tikiblər. Bakıda tikinti biznesi ilə məşğul olan digər iş adamlarının barəsində generala məlumatlar ötürüb onları sıradan çıxarıblar.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Xəzər Dəniz Gəmiçiliyində rüşvət qalmaqalı

%d bloqqer bunu bəyənir: