Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Çovdarovun general həmkarı hətta çobanlara da qadağa qoyubmuş – ŞOK İDDİA

Sabiq MTN generalı çobanlara da qadağa qoyubmuş…

Bu günlərdə özəl mənbədən 24saat.org-a ləğv edilən MTN-nin sabiq Baş İstintaq İdarəsinin rəisi general Mövlan Şıxəliyevlə bağlı ilginc məlumat daxil olub.
Məlumatlı mənbənin sözlərinə görə, Novxanı çimərliyi sahilində dəyəri bir neçə milyon olan villa tikdirən M.Şıxəliyev, “MTN işi”nə qədər adıçəkilən ərazidə öz qəribə qadağaları ilə gündəmdə olub. Belə ki, sabiq MTN generalı həmin ərazidə məskunlaşan sakinlərlə bağlı bəzi qadağalar, daha doğrusu “fəaliyyət çərçivəsi” müəyyən edib.

M.Şıxəliyevin tətbiq etdiyi ən maraqlı qadağalarından biri mal-qara sürüləri və çobanlarla bağlı olub. Belə ki, M.Şıxəliyev evinin qabağından keçən və şəxsi vəsaiti hesabına çəkdirdiyi magistral yoldan mal-qara sürülərinin aparılmasını qadağan edib.

MTN generalı bildirib ki, mal-qara sürüləri asfalt yolu korlamaqla yanaşı yolu çirkləndirir, avtomobilinin təkərlərini baxımsız vəziyyətə salır. M.Şıxəliyev bu qadağanı pozanların ciddi şəkildə cəzalandırılacağını bildirib.
Mənbənin sözlərinə görə, M.Şıxəliyevin məlum qadağasından sonra çobanlar öz yollarını bir neçə kilometr uzatmaq hesabına sürülərini örüş sahələrinə alternativ yollardan istifadə etməklə aparıb-gətirib.

Yalnız MTN-də “general tökümü” başlayandan və M.Şıxəliyev öz vəzifəsindən azad ediləndən sonra çobanlar sürülərini örüşə yenə əvvəlki yolla aparıb-gətirməyə cəsarət tapıb.

24saat.org

 

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Kərəm Həsənovun son durumuna ekspert baxışı – “”MTN İŞİ” OLA BİLƏR”

%d bloqqer bunu bəyənir: