Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
covvv

Çovdarovun 33 milyonluq əmlakı məmur kontingentini hərəkətə gətirib

Daha çox pay qoparmaq uğrunda savaş başlayır – Məhkəmələrdə…

Bu günlərdə ölkə mətbuatında DTX-nin Çovdarova qarşı iddia ilə məhkəməyə müraciət etdiyi və ondan agentlərə çatası 3 milyon manata vəsaiti tələb etməsi ilə bağlı informasiyalar yer alıb.

Məlum məsələ ilə bağlı 24saat.org-u məlumatlandıran özəl mənbə yayılan bu informasiyanın bir çox məmuru hərəkətə gətirdiyini bildirib. Mənbənin sözlərinə görə, yayılan bu xəbərlərdən ürəklənən bir çox məmur Çovdarovun 33 milyonluq əmlakından daha çox pay qoparmaq üçün məhkəməyə müraciət etməyə hazırlaşır.

Bilgili qaynağın məlumatına görə, bəzi məmurların Çovdarovdan şikayət etmək istəyinə səbəb dövlət qurumları adından veriləcək şikayətlərin təmin olunması və dəyən zərərin ödnilməsi ehtimalının daha yüksək olmasıdır.

Sözügedən məmurlar hesab edir ki, Çovdarovun əməllərindən zərər çəkən fiziki şəxslərlə müqayisədə dövlət qurumlarına dəyən zərər daha tez və tam olaraq ödəniləcək.
Mənbənin qənaətincə, dövlət qurumları tərəfindən irəli sürüləcək iddialar Çovdarovun daha ağır cəza almasını şərtləndirməklə yanaşı, məhkəmə prosesinin daha bir neçə ay uzanmasına səbəb olacaq.
24saat.org

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

Milli Məclisdə Gülər Əhmədovanın pullarının batmasından danışılıb – SƏS YAZISI

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: