Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Çovdarov Qarabağ əlillərinə haqq verirmiş?

Qarabağ əlillərinə qarşı növbəti ağlasığmaz özbaşınalıq

Əlillər özlərini yandıracaqlarını deyirlər

8 aydır yeri gəldi-gəlmədi, Çovdarovun adını halandırmaq dəbə minib. Kimin bir balaca “iqtisadi” durumu ağır olur, ağırlığı Çovdarovun üzərinə atır. Ən çox da reketliklə pul tələbi, əmlak ələ keçirilməsi barədə iddialar ittiham şəklini alır. Sən demə, Çovdarov təkcə haqq almırmış, həm də bəzi kateqoriya şəxslərə haqq da verirmiş !(??) Özü də kimlərə, kimlərə, Qarabağ əlillərinə!

Bakının Suraxanı rayonu, “V” massivi, 31-ci əlil və şəhid ailələri üçün tikilən evdə yaşayan Qarabağ əlillərinin evin yanındakı avtoyuma sexində sahibkarlıqla məşğul olub dərman, çörək pullarını çıxarmalarına Suraxanı RIH onlara şərik qoşmaqla mane olub. Öz adamlarının adına əlillərin avtoyuma sexinin yanında “yaraşıqlı”, geniş, “dünya standartlarına uyğun” yuma sexi açan icra hakimiyyəti neçə ildir əlillərin şikayətlərini də qulaqardına vurur. Yalnız əlillər etiraz aksiyasına əl atmaq istəyəndə Suraxanı RIH öz adamlarını məhkəmə ilə oradan çıxaracaqlarına söz verib. Lakin söz elə söz olaraq qalıb. Gah Bakı Inzibati Iqtisadi Məhkəməsinin iddianı təmin etdiyi bildirilir, gah da yeni iddia veriləcəyi deyilir. Maraqlıdır, Suraxanı RIH öz adamlarına ora sərəncam veribsə, öz sərəncamını ləğv edə bilməz? Belə çıxır, bahalı sex bir gecənin içində icazəsiz, qanunsuz tikilib və indi neçə ildir qanunsuz tikilini sökdürə bilmirlər… Heç inanmaq olmur!.. Buradan “rotasiya qaydasında” dolanan 5 nəfər 1-ci qrup Qarabağ əlilindən biri artıq dünyasını dəyişib.

Avtoyumadan bir şey çıxmadığını görən əlillər avtomobil biznesinə girişiblər. Əlləri də pis gətirməyib. Elə düşməyinə baxıb, elə maşın olub lap 5-10 min arası xeyir verib. Amma son alğı-satqıdan hələ də yararlana bilmirlər. “Galenvagen” markalı maşının ilk yiyəsi Şahmar Abduyev 5 ildən sonra (??) maşının onun adına yox, başqasının adına sənədləşməsinə görə “Əmrahbank”la həmin başqası arasında müqavilənin ləğvini və hazırda əlillərin 5-ci şəxs olaraq aldıqları maşına həbs qoyulması barədə tələb irəli sürüb. Fikir verin, maşını bankdan alan birinci şəxsdən yox, 5-ci şəxsdən malından keçmək tələb olunur! Özü də iddia olunur ki, “Əmrahbank” onun borcu olmadığını bildirib və naməlum səbəbdən (??) maşını onun yox, başqasının adına sənədləşdirib. Birincisi, bu bahalıqda maşının “naməlum” səbəbdən əldən çıxmasına görə niyə 5 ildən sonra əl-ayağa düşülüb? Ikincisi, burada “naməlum” səbəb ola bilməz. Bu adam kreditlə aldığı maşının borcunu verə bilmədiyinə görə, onu həmin başqa adama satıb və o başqası da bunun kreditini bağlayıb. Özünə nə qədər verib, bax, naməlum budur! Elə ona görə də həmin başqasını nə cavabdeh edib, nə də 3-cü şəxs. Axı, bu başqası gəlib düzünü deyəcək. Elə “Əmrahbank”dan da ziyan tələb etmir, bilir ki, etsə, sandıq açılacaq, pambıq töküləcək. Bu tələbdən ziyan çəkən isə, dediyimiz kimi, maşını 5-ci alan Qarabağ əlilləridir. Hətta Ş.Abduyevin 1 saylı kontordan tutduğu vəkili Tohid Alcanov daha uzağa gedərək, Qarabağ əlillərinin Çovdarovla əlaqədə olduqlarına dair ərizə verib. Belə çıxır, Çovdarov Qarabağ əlillərinə haqq verirmiş? Vəkilin hərəkətindən əlillərin şikayətləri Ali Məhkəmədən Vəkillər Kollegiyasına göndərilib, oradan da vəkili çağırıb izahatını aldıqdan sonra işə aid olmayan adamın adını çəkmədiklərini bildiriblər. Bəs Çovdarovun bu maşın məsələsinə aidliyi var? Nəsimi Rayon Məhkəməsində maşına həbs qoyula biləcəyindən ehtiyatlanan əlillər 1-ci xanıma, dövlət və hökumət başçılarına müraciət edib toxunulmaz mülkiyyət hüquqlarına toxunulacağ təqdirdə özlərini məhkəmənin qarşısında yandıracaqlarını bildiriblər. Başqa nəyə gücləri çatır? Nə avtoyuma biznesinə, nə də avtomobil biznesinə yol verilməyəndə benzindən başqa nə yada düşər ki?!.(azadliq.info)

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

Sabah Bakıda 35 dərəcə isti olacaq

%d bloqqer bunu bəyənir: