Now Reading:
Corablarında çoxlu dərman həbi çıxdı – FOTO
Full Article 40 second read

Corablarında çoxlu dərman həbi çıxdı – FOTO



Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun ixrac piyada-keçid xəttində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətinə gedən Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Lent.az Gömrük Komitəsinin saytına istinadən xəbər verir ki, yoxlama zamanı vətəndaşın ayağındakı corablarından 40 həb “T-Dol-200” 200 mg, 50 həb “Tamol-XX” 200 mg, 30 həb “Timo-Doll” 200 mg və 20 həb “Tee-Dol-200” 200 mg adlı olmaqla, cəmi 140 həb dərman preparatları aşkar olunaraq götürülüb.

 

Məlumat üçün bildiririk ki, adı çəkilən dərman preparatları Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli müvafiq qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin Siyahısı”na daxildir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: