Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Con Kerridən telefon zəngi: Qarabağ nizamlanmasında nə baş verir?

Bu gün ABŞ dövlət katibi Con Kerri ilə Ermənistan prezidenti Serj Sərkisyan arasında telefon danışığı olub. Virtualaz.org xəbər verir ki, Ermənistan prezidentinin mətbuat xidmətinin məlumatına əsasən telefon danışığı Amerika tərəfinin təşəbbüsü ilə baş tutub, tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının indiki mərhələsini və prezidentlərin Sankt-Peterburq görüşünün nəticələrini müzakirə ediblər.

Gözlənilir ki, ABŞ dövlət katibi analoji telefon danışığını Azərbaycan prezidenti İlham Əliyevlə də aparacaq, yaxud artıq aparıb. Ancaq Azərbaycan prezidentinin rəsmi saytı hələlik bu haqda məlumat yaymayıb.

Con Kerrinin telefon zəngi prezidentlərin növbəti görüşü ərəfəsində baş verir. Azərbaycan və Ermənistan tərəfi bu görüşə razılıq verib, görüşün bu dəfə Fransada baş tutacağı gözlənilir.

ABŞ dövlət katibinin telefon diplomatiyası təsdiq edir ki, danışıqlar münaqişənin nizamlanmasının mahiyyəti üzrə gedir və ortada sənəd var. Tərəflər həmin sənəd üzərində işi davam etdirməyə hazırdır. Xatırladaq ki, hazırda danışıqlarda Rusiya prezidenti Vladimir Putinin tərəflərə təqdim etdiyi sənəd üzrə müzakirələrin aparıldığına dair erməni qaynaqlarına məlumat sızdırılıb. Bu sənəd 5 rayonun boşaldılmasını, Dağlıq Qarabağın möhkəm aralıq statusa malik olmasını və referendum ideyasının qeyri-müəyyən vaxta təxirə salınmasını nəzərdə tutur.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Məmmədyarov da “Qarabağ üzrə xüsusi sənəd var” dedi

%d bloqqer bunu bəyənir: