Loading...
Loading...
conkerri

Con Kerri yaxın vaxtlarda Filippinə səfər etmək niyyətindədir

ABŞ-ın dövlət katibi Con Kerri yaxın vaxtlarda Amerika diplomatiyasının rəhbəri postunda səlahiyyət müddəti başa çatanadək Filippinə səfər edəcəyinə ümid bəsləyir.

“Report” xəbər verir ki, bu barədə o, ABŞ-ın bu ölkəyə yeni səfirinin təyin olunması mərasimində çıxışı zamanı bildirib.

“Mən dövlət katibi postunda səlahiyyət müddətim başa çatanadək bu ölkəni ziyarət edəcəyimə çox ümid bəsləyirəm”, — deyə Kerri bildirib.

Dövlət katibi, həmçinin qeyd edib ki, ABŞ Filippinlə sıx münasibətləri yüksək qiymətləndirməkdədir.

İki ölkə arasında münasibətlər Filippinin yeni prezidenti Rodriqo Dutertenin ABŞ-ın ünvanına rezonans doğuran ifadələr səsləndirməsindən sonra gərgin olaraq qalır.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

İŞİD lideri Mosulu tərk edib

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: