Advertisements
24 saat

ÇL: “Qarabağ” səfərdə Çexiya çempionu ilə heç-heçə oynadı


İyulun 26-da Ağdamın “Qarabağ” futbol klubu Çempionlar Liqasının III təsnifat mərhələsində Çexiyanın “Viktoriya” (Plzen) komandasının qonağı olub.

Plzen şəhərindəki “Dusan Arena”da keçirilən qarşılaşmanı makedoniyalı baş hakim Aleksandar Stavrev idarə edib.

Görüşün ilk hissəsində Çexiya təmsilçisi üstün olsa da, hesab açılmayıb. İkinci hissəyə də “Viktoriya” fəal başlayıb. Görüşün 75-ci dəqiqəsində kobud oyuna görə, “Viktoriya”nın futbolçusu Yan Baranek ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Rəqib komandanın azlıqda qalmasına baxmayaraq “Qarabağ” bundan yararlana bilməyib.

Beləliklə, “Viktoriya” – “Qarabağ” oyununda hesab açılmayıb.

Komandalar arasında cavab oyunu bir həftə sonra Bakıda keçiriləcək.(AzərTAc)

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: