Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Çirkli suyu təmizləməyin yeni üsulu

Hindistanlı alim Srikanth Singamaneni Vaşinqton Universitetinin alimləri ilə birgə qrafendən istifadə etməklə çirkli suyu içməliyə çevirməyin yolunu tapıb.

AMEA-nın saytı vistanews.ru-ya istinadən xəbər verir ki, alimlər günəşin altında, həmçinin çirkli suyun üzərində dayana bilən qrafen əsaslı təbəqə hazırlayıblar. Təbəqənin özəlliyi ondadır ki, üzərində qrafen olan su Günəşin altına qoyulduqda çirkli su təmizlənir. Bu zaman təbəqənin tərkibində olan bakteriyalar istilik və Günəş işığına məruz qalır. Daha sonra sellülozun bakteriyaları qrafen oksidlə kimyəvi reaksiyaya girərək çirkli suyu təmizləyib içməliyə çevirir.

S.Singamaneninin sözlərinə görə, qrafen oksidi məhz istilik və cərəyanın keçiricisi olduğundan çirkli suyu təmizləmək qabilliyətinə malikdir.

Tədqiqatçılar ümid edirlər ki, Hindistan kimi isti ölkələrdə yaşayan insanlar bu üsulla içməli suyu daha rahat əldə edəcəklər. Nəticədə, təbii resurslara əhəmiyyətli dərəcədə qənaət etmək imkanı yaranacaq.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Alimlərdən ŞOK İCAD: Bir də pivə içməyəcəksiz

%d bloqqer bunu bəyənir: