Advertisements
24 saat

Cinsi azlıqlar Bakıda aksiya keçiriblər


Bir neçə aksiya iştirakçısı LGTB bayrağına bürünüb.

Bazar ertəsi, iyunun 13-də, bir qrup LGTB nümayəndəsi ABŞ-ın Bakıdakı səfirliyi qarşısında həmrəylik aksiyası keçirib.

24saat.org Turan agentliyinə istinadən xəbər verir ki, aksiya iştirakçıları Amerikanın Orlando şəhərində Əfqanıstan əsilli şəxsin 50 gey və lesbiyanı qətlə yetirdiyi terror aktının qurbanlarına dəstək ifadə ediblər.

Aksiya iştirakçıları “Homofobiyaya yox” və “Homofobiya öldürür” şüarları yazılmış plakatlar qaldırıblar. İştirakçıların bəziləri LGTB bayraqlarına bürünüblər.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: